Taksi sürücüsünü sükan arxasında bıçaqladılar – Bakı-Qazax yolunda
Bizi izləyin

Kriminal

Taksi sürücüsünü sükan arxasında bıçaqladılar – Bakı-Qazax yolunda

Taksi sürücüsünə qarşı quldurluq etmiş şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 15-də Yevlax rayon avtovağzalında şəhər sakini A.Qəribovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Daşdəmirov, Mingəçevir şəhər sakini M.Səmədov və İmişli rayon sakini T.Quliyev Bakı şəhərinə gedəcəklərini bildiriblər.

Qarabörk kəndi ərazisində T.Quliyev münaqişə zəminində sürücünün baş nahiyəsinə bıçaqla xəsarət yetirib, S.Daşdəmirov isə avtomobildə olan 123 manat pulu götürüb hadisə yerini tərk ediblər.

Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlar saxlanılıb və sərxoş halda olmaları müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm