Azərbaycanda DƏHŞƏT - Avtomatla 3 nəfəri güllələdi
Bizi izləyin

Kriminal

Azərbaycanda DƏHŞƏT - Avtomatla 3 nəfəri güllələdi

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az baku.ws-ə istinadən xəbər verir ki, Masallı rayon, Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qayını yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi olub.

Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm