Bakının mərkəzində qanlı dava - Xəstəxanaya çatdırıldı
Bizi izləyin

Kriminal

Bakının mərkəzində qanlı dava - Xəstəxanaya çatdırıldı

İyulun 20-də Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, A.Naqornıyın kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 28-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Fətəli saxlanılıb.

Yasamal RPİ-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm