İsmayıllı meşələrində narkotik plantasiyası aşkarlandı - FOTO
Bizi izləyin

Kriminal

İsmayıllı meşələrində narkotik plantasiyası aşkarlandı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Zaur Qazıyev və İsmayıllı sakini Elman İsmayılov saxlanılıb.

Saxlanılan şəxslərin rayonun Qalınçaq kəndi ərazisindəki meşə sahəsində xüsusi qulluq göstərməklə yetişdirdikləri 2457 ədəd narkotik tərkibli çətənə kolları və 6 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri may ayında satmaq məqsədilə becərdikləri məlum olub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm