Polisə məlumat daxil oldu - Kürdəmirdə maşını ilə birgə saxlanıldı
Bizi izləyin

Kriminal

Polisə məlumat daxil oldu - Kürdəmirdə maşını ilə birgə saxlanıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kürdəmir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə əməliyyat tədbirləri həyata keçirilib.

Publika.az xəbər verir ki, əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov Kürdəmir rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və 1 ədəd bıçaq aşkarlanıb.

Ona məxsus “Priora” markalı avtomobilə baxış zamanı isə oradan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm