Bakıda 16 yaşlı yeniyetmə tanışı tərəfindən BIÇAQLANDI
Bizi izləyin

Kriminal

Bakıda 16 yaşlı yeniyetmə tanışı tərəfindən BIÇAQLANDI

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, tanışı tərəfindən mübahisə zəminində bıçaqlanan 2005-ci il təvəllüdlü Hüseynov Rüfəz İslam oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm