Bakıda 18 yaşlı oğul atasını niyə amansızlıqla öldürdü? - TƏFƏRRÜAT/FOTO
Bizi izləyin

Kriminal

Bakıda 18 yaşlı oğul atasını niyə amansızlıqla öldürdü? - TƏFƏRRÜAT/FOTO

Fevralın 13-də gecə saatlarında Bakı şəhər Sabunçu rayonu ərazisində 18 yaşlı Cahangir Şükürlünün atası, 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlunu qətlə yetirməsinin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, 18 yaşlı oğlan atasının ailəyə qarşı bağışlanmaz səhv etdiyini və bunu biləndən sonra onu öldürmək qərarına gəldiyini deyib. Atasının konkret olaraq nə etdiyini demək istəməyən gənc əlavə edib ki, bunu öyrənən kimi dərhal atasının yaşadığı evə gedib. O, qapının zəngini basıb və atası Cavanşir Şükürov qapını açan kimi heç bir söhbət aparmadan hücum edib. 18 yaşlı Cahangir özü ilə gətirdiyi bıçaqla atasına 15 zərbə endirib. Ağır xəsarətlər alan 50 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm