Azərbaycanda vəzifəli şəxsə bıçaqla hücum oldu - OĞLU ÖLDÜRDÜ
Bizi izləyin

Kriminal

Azərbaycanda vəzifəli şəxsə bıçaqla hücum oldu - OĞLU ÖLDÜRDÜ

Ötən gün axşam saatlarında Astara rayonu, Şəmətük kəndində 1991-ci il təvəllüdlü Ağayev Musa Arzu oğlunun əmisi oğlu tərəfinən bıçaqlanaraq öldürülməsi hadisəsinin təfərrüaftları məlum olub.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əmisi oğlu Ağayev Famil Qəyim oğlu tərəfindən ürəyindən bıçaqlanaraq öldürülən Musa Ağayev qəssab olub. O, həm də ətlik heyvan alqı-satqısı ilə məşğul olub. Hadisəyə gəlincə dünən Musa Ağayev əvvəlcə Ekologiya cə Təbii Sərvətlər Nazirliyi Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Şəmətük meşəbəyliyinin meşəbəyisi olan əmisi Qəyim Ağayevlə mübahisə edib. Əmi ilə qardaşı oğlu arasında torpaq sahəsi üstündə yaranmış mübahisə münaqişəyə çevrilib və M.Ağayev əmisinin üstünə bıçaq çıxarıb. Bunu görən Famil atasını müdafiə etmək məqsədilə münaqişəyə qoşulub. O, əmisi oğlu ilə dalaşaraq bıçağı onun əlindən alıb və 30 yaşlı Musanın döş qəfəsinə bıçaqla öldürücü zərbə endirib. M.Ağayev aldığı xəsarətdən yerindəcə vəfat edib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Famil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm