Kriminal
Sumqayıtı qarışdıran BMW-nin sürücüsü həbs edildi - FOTO
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) tərəfindən şəhər ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Publika.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Xıdırov Zaur Nəsib oğlu idarə etdiyi BMW markalı 90-TM-800 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib.
O, Heydər Əliyev prospekti boyunca təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını davamlı şəkildə pozub. Eyni zamanda əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla avtoxuliqanlıq edib. Onun bu əməlləri Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşları tərəfindən aşkar edilən zaman sürücü dərhal saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb.
Sürücü barəsində toplanılmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Xıdırov Zaur Nəsib oğlu 15 gün müddətinə inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi