Bakıda mağazadan 2000 manatlıq oğurluq edildi
Bizi izləyin

Kriminal

Bakıda mağazadan 2000 manatlıq oğurluq edildi

Bakıda mağazada oğurluq hadisəsi olub.

Publika.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat pul və 1 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov və Şirvan rayon sakini O.Xudaverdiyev saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm