Kriminal
Həsənlinin qızının videosunu dövlət orqanları çəkməyib - ONLAR CƏZALANDIRILACAQ
Azərbaycan cəmiyyətini sarsıdan və hazırda gündəmin əsas mövzusu olan intim video qalmaqalına dair bir sıra detallar ortaya çıxıb.
Publika.az xəbər verir ki, 28 mart 2021-ci ildən etibarən Cəmil Həsənlinin qızı olduğu iddia edilən gənc bir xanımın intim videogörüntüləri ölkənin internet məkanında yayılmağa başlayıb. Məsələyə kəskin reaksiyalar verilib.
Milli Şuranın sədri, professor Cəmil Həsənli dərhal açıqlama verərək videodakı kadrların qızına aid olduğunu təsdiqləmiş və bu görüntülərin gizli kamera ilə çəkilərək yayılmasına görə Azərbaycan hakimiyyətini suçlamışdı.
Bir çox mənbələr milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümündə sanki düzünə qəsdlə, təhlükəsizlik orqanlarını hədəf göstərməklə belə iyrənc videonun yayılmasını birbaşa təxribat əməli hesab etdi.
Azərbaycan iqtidarının, onun müzəffər Prezidentinin reytinqinin ən yüksəkdə olduğu bir zamanda, müxalifət düşərgəsinə dialoq təkliflərinin edildiyi, yeni siyasi konfiqurasiyanın qurulduğu bir dönəmdə belə təxribat, heç şübhəsiz, dövlətə, onun siyasətinə qarşıdır.
"Yeni Müsavat" Media Qrupunun rəhbərinin sorğusuna cavab olaraq dövlətin önəmli və mötəbər qurumlarından verilən açıqlamaların ümumi məzmununu ifadə edək:
“Cəmil Həsənlinin qızı olduğu iddia edilən şəxsin intim görüntülərinin çəkilərək yayılmasının dövlət orqanlarına heç bir aidiyyəti yoxdur. Bu, ilk növbədə dövlətə, onun apardığı siyasətə, dialoq prosesinə və siyasi sistemlərin arasında yaranmaqda olan etibara zərbədir. Dövlətin heç bir strukturu bu çirkin əməldə yer almayıb. Hesab edirik ki, bunu Azərbaycana düşmənçilik edən şəxslər təşkil ediblər. Bu əməli törədənlər (yəni birinin intim həyatını çəkib yayanlar) tapılıb cəzasına çatdırılacaq’’.
Qeyd edək ki, bu mövqeyi yaymağa hazırlaşdığımız bir zamanda Cəmil Həsənlinin qızı Günel Həsənlinin adından açıqlama yayılıb. Ailəyə yaxın mənbələrdən birinin "BBC News Azərbaycanca"ya verdiyi açıqlamaya görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını bildirib.
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO



















.jpg)














