Kriminal
Bakıda villada baş verən qanlı hadisənin təfərrüatı məlum oldu - Video
Bakıda həkimin sürücüsünün Bilgəh qəsəbəsindəki villada bağban tərəfindən bıçaqlanması ilə bağlı yeni təfərrüat məlum olub.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı qonşular danışıblar.
Onların sözlərinə görə, Həsəğa Həsənovu bıçaqlamaqda şübhəli bilinən Zakir adlı şəxs hadisədən sonra ərazidən qaçıb, ev sahibi isə qonşulardan kömək istəyib.
Qonşular bildiriblər ki, hadisə iştirakçıları arasında əvvəllər hər hansı münaqişənin şahidi olmayıblar. Onların sözlərinə görə, tərəflərin münasibətləri yaxşı olub.
Qonşulardan biri baş verənləri belə təsvir edib:
"Hadisə təxminən saat yeddidən sonra baş verib. Hər ikisini tanıyırdım. Zakir adlı şəxs sakit, yaxşı adam idi. Burada həmişə bir-birimizlə söhbət edirdik. Vallah, ondan belə bir hərəkət gözləməzdim. Onların münasibətləri çox yaxşı idi. Həmişə həmin bağban maşınla gedib onu yuxarıdakı döngədə, avtobus dayanacağından götürərək evə gətirirdi. Aralarında belə mehriban münasibət var idi. Səhv etmirəmsə, həmyaşıd idilər".
-
Dünya22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ



































.png)

