Prokurorluq və DİN qadını öldürən molla ilə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

Prokurorluq və DİN qadını öldürən molla ilə bağlı məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Lerikdə törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Xəbər verildiyi kimi, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətl törədən şəxs kəndin mollası olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm