Kriminal
Bakıda maşından 100 min manatlıq oğurluq - FOTO
Paytaxtın Binəqədi rayonunda vətəndaş Ə.Quluzadəyə məxsus avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, nəqliyyat vasitəsinin yan şüşəsi sındırılaraq avtomaşının saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb. Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmayıl Məlikov saxlanılıb. Onun Binəqədi rayonunda yerləşən evinə baxış zamanı oğurladığı saatlar, üzərindən isə 3 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ