Prokurorluq işdən çıxarılan polis rəisinin bıçaqlanması barədə məlumat yaydı
Bizi izləyin

Kriminal

Prokurorluq işdən çıxarılan polis rəisinin bıçaqlanması barədə məlumat yaydı

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, bıçaqlanan şəxs bir neçə gün əvvəl Siyəzən DYP-nin rəisi vəzifəsindən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm