Bakıda quldurluq - Döyərək 1725 manat aldılar
Bizi izləyin

Kriminal

Bakıda quldurluq - Döyərək 1725 manat aldılar

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə noyabrın 15-də saat 2 radələrində Lökbatan qəsəbəsi ərazisində 2 nəfərin Abşeron rayon sakini S.Səlimli döyərək 1725 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm