Kriminal
“İlkini Tovuz Rayon Polis Şöbəsində dindiriblər, lakin yazıblar ki”...

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosses saat 16:00-da başlayıb və iki saat davam edib.
Bu dəfəki prosesdə İlkin Süleymanovun ifadəsinin yerində yoxlanması və istintaq hərəkətləri ilə bağlı protokol və disklər tətqiq edilib.
Prosesdə İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.
"Verilən ifadə ilə yerində yoxlanan ifadə arasında ziddiyyətlər var. Müstəntiq təqsirləndirilən şəxsdən soruşmalıdır. Həqiqətənmi təqsirləndirilən şəxs Nərmin Quliyevanı görübmü? Amma bu sual təqsirləndirilən şəxsə verilmir. İfadələrdə eyni texniki səhvlər var. Bu onu göstərir ki, İlkin Süleymanovdan ikinci ifadə alınmayıb. Bir ifadə sadəcə kopya edilib.
Bir digər məsələ odur ki, İlkini Tovuz Rayon Polis Şöbəsində dindiriblər, lakin yazıblar ki, o, Dondaq Quşçuda dindirilib. Yəni bu kimi hallar kobud pozuntudur"-deyə İ.Süleymanovun vəkili Zabil Qəhrəmanov bildirib.
Məhkəmə prosesində qətlə yetirilən Nərmin Quluyevanın atası Şərif Quliyev və digər yaxnları da iştirak edib.
"Məhkəmənin gedişindən razıyam. Mənim heç bir narazılığım yoxdur. Sadəcə İlkinin vəkilləri məhkəməni uzadır. Mənim istəyim cinayəti törədən şəxsin ədalətli şəkildə cəzalandırılmasıdır",-deyə ata bildirib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. Həmin ilin yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, adam oğurluğu və başqa maddələrlə nəzərdə tutulan ittiham elan olunub.
Növbəti məhkəmə prosesi noyabrın 29-u keçiriləcək.

-
Magazin116:52
“Əli Mirəliyevə deyirdin ki, “şpaqat” aç” - Efirdə gərginlik
-
Sosial16:15
Şəhərlərarası gediş haqqı da bahalaşdı
-
Magazin115:23
Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..." - VİDEO
-
Art14:05
Fəxrəddin Manafov rus serialında - Video
-
İdman13:43
Messinin qızıl butslarını kim götürüb? - Başqasının əlinə keçsəydi...
-
Sosial12:48
Aparıcı ilə nişanlanan tanınmış həkim uşaqlarına aliment vermir? - VİDEO
-
Nida Xəbər 12:22
Azərbaycan Ermənistana qarşı: bu gün dinləmələr başlayır
-
Dünya12:03
Çayxanada futbola baxan azarkeşlərə hücum: 4 nəfər öldü, 6 nəfər yaralandı