Kriminal
Doğmalarını qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA/VİDEO
Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.
Publika.az xəbər verir kii, Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətindən azad edirmi?
Hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə-psixiatriya ekpertizasının rəyi nəzərə alınmaqla şəxs tərəfindən cinayəti anlaqsız vəziyyətdə törətməsi tam sübut olunduqda məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:
“Yəni belə şəxslərə cəza təyin edilmir. İntensiv və daimi müşahidə müəyyən edən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında psixi vəziyyətinə görə özü üçün və ya kənar şəxslər üçün təhlükəli olan şəxslər barəsində məcburi müalicə aparılmalıdır. Şəxsin psixi vəziyyəti yaxşılaşdığı halda həkim komissiyasının rəyinə əsasən məcburi müalicə dayandırıla bilər. Göründüyü kimi, şəxs anlaqsız vəziyyətdə cinayət törədibsə, sonradan sağaldığı təqdirdə belə, məsuliyyətə cəlb edilmir”.
Psixiatr Nadir İsmayılov isə qeyd edib ki, Ə.Əhmədov adi xəstəxanada yox, xəstəxanaların xüsusi gücləndirilmiş rejimlə işləyən şöbəsində müalicəyə getməlidir:
“Müalicə altı ay, bir il, 10 il də ola bilər. Xəstə sağalana qədər xəstəxanadan buraxıla bilməz”.
Daha ətraflı "Baku" TV-nin süjetində:
-
Dünya02:42
6,6 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Magazin102:12
44 il əvvələ aid nadir kadrlar - VİDEO
-
ABŞ01:11
Fəthullah Gülən öldü, yoxsa qaçırıldı? - AÇIQLAMA
-
Qoroskop00:05
Günün ULDUZ FALI: qəfil dönüşə hazır olun
-
Sosial26 May 23:41
Samirə Mustafayevanı o əvəz etdi - FOTO
-
İdman26 May 23:36
"Qarabağ"ın futbolçuları övladları ilə - FOTO
-
Mistika26 May 23:12
Azərbaycanda təhsil ocağının həyətindən CADU TAPILDI: İçəri daxil olan hər kəsi... - VİDEO
-
Magazin126 May 22:47
Çingizdən toyu ilə bağlı ilk paylaşım - FOTO