Yaxın Şərq
Daha bir neçə ölkə Fələstini tanıyır: Nəyinsə səhv olduğunu anlayıblar
Sloveniya, Lüksemburq, Portuqaliya və Belçika kimi Avropa İttifaqı (Aİ) ölkələri də yaxın gələcəkdə Fələstini suveren dövlət kimi tanıyacaq.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.
“Biz yaxın bir neçə gün ərzində Sloveniya tərəfindən Fələstinin tanınmasını gözləyirik. Yaxın gələcəkdə Lüksemburq, Belçika və Portuqaliyanı da gözləyirik. Niyə İsrail İkinci Dünya Müharibəsindən, Holokostdan və bütün bunlardan sonrakı hərəkətləri təkrarlayır? Bu kimi suallar artıq Avropada verilməyə başlayıb”, – deyə səfir bildirib.
Diplomat əlavə edib ki, Aİ ölkələri “nəyinsə səhv getdiyini” anlamağa başlayıblar.
Xatırladaq ki, mayın 22-də üç Avropa ölkələri - İspaniya, İrlandiya və Norveç Fələstini müstəqil dövlət kimi tanıyıb. Müvafiq qərar mayın 28-dən qüvvəyə minir.
Adəm Abbaslı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)






















.jpg)

.jpg)