Kriminal
"Şəkər davası" qanla bitdi: Qonşusunu park yeri üstündə öldürdü
Rusiyanın Dzerjinsk şəhərində park yeri üstündə başlayan mübahisə faciə ilə nəticələnib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əlil yaşlı kişi həyətlərində uzun müddət istifadə etmədiyi avtomobili saxlayırmış. Bu vəziyyət isə qonşusunu ciddi şəkildə qıcıqlandırıb. O, dəfələrlə qalmaqal yaradıb, avtomobilin təkərlərini boşaldıb, benzin çəninə şəkər tökərək ziyan vurub və maşının sahibini mütəmadi olaraq hədələyib. Zərərçəkən polisə müraciət etsə də, bu addım aqressiv qonşunu dayandırmayıb.
Hadisə qarlı günlərin birində baş verib. Yaşlı kişi avtomobilini qardan təmizləmək üçün həyətə düşərkən, aqressiv qonşu ona yaxınlaşıb. Əvvəlcə tərəflər arasında mübahisə yaranıb, daha sonra isə dava başlayıb. Qonşu yaşlı kişini sinəsindən vuraraq yerə yıxıb və onu təpikləməyə başlayıb. Hadisə şahidləri müdaxilə etməyə çalışsalar da, zərərçəkəni ayağa qaldıra bilməyiblər.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan kişi bir neçə gün həkim nəzarətində qalıb. Lakin aldığı ağır xəsarətlər səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər ölümün döş qəfəsinin küt travması və bunun yaratdığı fəsadlar nəticəsində baş verdiyini açıqlayıblar.
İstintaq zamanı şahid ifadələri, müşahidə kameralarının görüntüləri və ekspert rəyləri toplanıb. Təqsirləndirilən şəxs mübahisə faktını etiraf etsə də, öldürmək niyyətinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə o, ehtiyatsızlıqdan adam ölümünə səbəb olmaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan əlavə, o, mərhumun ailəsinə mənəvi zərərin ödənilməsi üçün kompensasiya da ödəməlidir.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















