Kriminal
Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? - Video
Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, həmin şəxs qadının 25 min dollarını mənimsəyib. Əslən Polşadan olan Olqa Çernovska 2024-cü ildə Azərbaycana istirahət üçün gəldiyi zaman Rəşxan adlı şəxslə tanış olub. Onların arasında münasibət yaranıb. Daha sonra ölkəsinə qayıdan qadın həmin şəxsin istəyi ilə müxtəlif vaxtlarda ona pul göndərib.
"Münasibətimizin davam etdiyi bir il ərzində inamımdan sui-istifadə edərək məndən 25 min ABŞ dolları aldı. Mən Bakıda Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim. Sonra işi onun yaşadığı Sumqayıtda araşdırmaya verdilər", - deyə zərərçəkən bildirib.
Baku TV ittiham olunan şəxslə əlaqə saxlayıb. Şəxsin açıqlaması isə belə olub:
"Mən ondan borca pul götürmüşəm. Mənimsəmək deyil axı bu. Borcla mənimsəməyin arasında kifayət qədər böyük fərq var. Mən özünə də bildirmişəm ki, bu bizim aramızda olan borcdur. Hissə-hissə qaytarıram. Mənim qohumum var, o da hazırda Polşadadır. Ona pul göndərirəm, o da orada əlbəəl verir".
Hüquqşünas Mircavid Miriyev bildirib ki, bu cür şəxslər planlı şəkildə borc adı ilə xarici vətəndaşları aldadaraq pul istəyirlər.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















