Kriminal
Barın qarşısında dəhşət: Tanışlıqdan imtina edən qızı vəhşicəsinə döydü - FOTO
Rusiyanın Voronej şəhərində tanışlıq təklifinə "yox" cavabı alan şəxs gənc qıza qarşı ağlasığmaz qəddarlıq nümayiş etdirib.
Publika.az xəbər verir ki, bu barədə "Moy i tvoy Voronej" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Kropotkin küçəsindəki karaoke-barlardan birinin qarşısında baş verib. Məlumata görə, bir neçə qız məkanda əylənərkən yan masadakı üç naməlum şəxsdən biri onlara yaxınlaşaraq tanış olmaq istəyib. Lakin qızlardan qəti imtina cavabı alıb.
Məkan bağlandıqdan sonra tərəflər çöldə yenidən qarşılaşıblar. Bu zaman həmin şəxs qızları təhqir etməyə başlayıb və ardınca onlardan birinə əvvəlcə şillə vurub, daha sonra isə yumruqla zərbə endirib. Zərbənin gücündən qız asfaltın üzərinə yıxılsa da, qəzəbli kişi dayanmayıb və onu təpikləməyə başlayıb.
Şahidlərin bildirdiyinə görə, gənc qız aldığı ağır zərbələrdən bir neçə dəfə huşunu itirib. Xəstəxanaya çatdırılan zərərçəkmişin üz nahiyəsinə çoxsaylı tikişlər atılıb.
Hazırda faktla bağlı polisə şikayət edilib, araşdırma aparılır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















