Şəmkirdə 27 yaşlı oğlan azyaşlı ilə münasibətdə oldu: “Ya elçi göndər, ya da...” - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Şəmkirdə 27 yaşlı oğlan azyaşlı ilə münasibətdə oldu: “Ya elçi göndər, ya da...” - TƏFƏRRÜAT

Şəmkirdə 27 yaşlı oğlan azyaşlı ilə münasibətdə oldu: “Ya elçi göndər, ya da...” - TƏFƏRRÜAT

Şəmkir rayonunda 27 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmamış qıza intim hərəkətlər etməkdə ittiham olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü İntizam yetkinlik yaşına çatmayan Sevda (adlar şərti verilib – red.) ilə aralarında yaranmış sevgi münasibətləri səbəbindən 2024-cü ildə qeyri-rəsmi ailə qurub.

O, həmin ilin iyul ayından 2025-ci ilin oktyabr ayınadək Şəmkir rayonunun kəndində öz evlərində, daha sonra rayonun digər kəndindəki kirayə evdə qızla cinsi münasibətdə olub.

İstintaq orqanı tərəfindən İntizam barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İntizam ifadəsində göstərib ki, təxminən üç il əvvəl Şəmkir rayonunun kəndində istixanalarda fəhləlik edərkən Sevdanı görüb və bəyənib: “Aramızda ünsiyyət yarandı, bir-birimizin mobil nömrələrimizi götürdük, yazışmağa və danışmağa başladıq. Təxminən 3 ilə yaxın sevgi münasibətində olduq, həmin dövrdə bir neçə dəfə görüşərək gəzib, söhbət etdik”.

İntizamın sözlərinə görə, 2024-cü ilin iyul ayında mobil telefon vasitəsilə danışarkən evlənmək qərarına gəliblər: “Sevda mənə “ya elçilərini göndər, ya da gəl məni qaçırt” dedi. İyulun 12-də saat 16 radələrində taksi ilə Şəmkir rayonunun kəndinə, Sevdanın yaşadığı küçəyə getdim. Zəng edərək onu gözlədiyimi bildirdim. Bundan sonra o, öz istəyi və razılığı ilə gələrək mənim olduğum taksiyə əyləşdi. Sevdanı evimizə apardım və orada birlikdə yaşamağa başladıq.

Sevdanı qaçırdıqdan bir neçə gün sonra öz razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olduq. Bundan sonra ər-arvad kimi yaşamağa davam etdik”.

İntizam qeyd edib ki, Şəmkir rayonunun kəndində bir ay yaşadıqdan sonra ögey anası Elmira ilə Sevdanın arasında narazılıq yaranıb, onlar həmin evdən çıxıb, bir neçə ay kirayə ev tutaraq yaşamağa başlayıblar: “Sonra Şəmkir rayonunun digər kəndinə, Sevdanın yaşadığı evə köçdük. Bir neçə ay sonra o kənddə kirayə ev tutdum və birlikdə yaşamağa davam etdik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Sevda 2024-cü ilin noyabr-dekabr aylarında hamilə qalıb, 2025-ci ilin sentyabrın 21-də Səmanı dünyaya gətirib: “Qızıma hamilə olanda Sevdanı Şəmkir rayon mərkəzi xəstəxanasına apardım. Orada həkimlər Sevdanı müayinə etdilər, uşağın ana bətnində normal inkişaf etdiyini bildirdilər. Amma Sevdanın 16 yaşı olduğu üçün bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat verildi”.

Təqsirləndirilən şəxs bildirib ki, Sevdanı qaçıran zaman, həmçinin sonrakı dövrdə ona hədə-qorxu gəlməyib və heç bir zor tətbiq etməyib: “Sevda ilə faktiki olaraq ailə münasibətlərindəyik. Hazırda bir uşağım var. Zərərçəkmiş şəxs 18 yaşına çatdıqda rəsmi nikaha girmək fikrindəyəm”.

İş üzrə şahid qismində ifadə verən Sevdanın anasının sözlərinə görə, İntizamı tanıyır: “2024-cü ilin yay aylarında Şəmkir rayonunun kəndində yaşayan İntizamın ögey anası qızım Sevdanı istəmək məqsədilə evimə elçiliyə gəldi. Sevdanın yaşı az olduğu üçün hələ evlənmək yaşına çatmadığını bildirdim. 2024-cü ilin iyul ayında qızım məndən xəbərsiz öz istəyi ilə İntizama qoşularaq evdən qaçdı”.

Sevdanın anası deyib ki, ailələr arasında barışıq olub və onların evlənməsinə razılıq verilib: “Sevdanın yaşı çatmadığı üçün rəsmi nikaha daxil ola bilmədilər. Təxminən bir ay sonra qızımın qaynanası onları yola vermədiyinə görə kirayə ev tutaraq orada yaşamağa başladılar. Qızım 2024-cü ilin sonlarında hamilə qaldı və 21 sentyabr 2025-ci ildə qız övladı dünyaya gətirdi”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il şərti cəza verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm