Kriminal
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza əxlaqsız hərəkətlər edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə ötən il aprelin 22-də şəhərin Depo qəsəbəsində baş verib.
1984-cü il təvəllüdlü Fərid həmin gün saat 14 radələrində qəsəbədəki dostu və qonşusu Vəlinin evinə gəlib. O, evdə tək olan eşitmə və nitq qabiliyyəti məhdud olan Səidənin (adlar şərti verilib – red.) köməksiz vəziyyətindən istifadə edib, ona zorakılıq tətbiq edib.
Qıza dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, köynəyini boğaz nahiyəsinə qədər qaldıraraq intim hərəkətlər edib. Çarpayının üzərində üzüstə uzadaraq saçlarından tutub, zor tətbiq etməklə onu soyundurub, qeyri-təbii yolla cinsi əlaqədə olub.
Fəridin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
Fərid elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, günorta saat 12-13 radələrində işdən qayıdanda Səidənin yaşadığı evə atası ilə görüşmək üçün gedib: “Amma qızın atası evdə deyildi. Səidə ac olduğunu söylədi, ona sup alıb verdim. Sonra da oradan getdim”.
Təqsirləndirilən şəxs bildirib ki, Səidəgillə qonşudurlar, 4 ildir onları tanıyır: “Səidənin nitq və eşitmə məhdudiyyətlərinin olduğunu bilirdim. Ona pul təklif etməmişəm, cinsi əlaqəyə girməmişəm”.
İş üzrə zərərçəkmiş Səidənin sözlərinə görə, Fərid evlərinə axşam gəlib: “Mənə 5 manat təklif etdi, sinəmdən öpmək istədiyini bildirdi. Razılıq vermədim, pulu da götürmədim. Fərid məni tutaraq yerə yıxdı. Mən qışqırmağa başladım. Fərid paltarımı çıxardı, sinə nahiyəmdən öpməyə başladı”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Fərid onun şalvarını aşağı çəkmək istəyib: “Ona imkan vermədim. O, mənə şillə vuraraq, boğmağa başladı. Qapıya sarı qaçmaq istədim. Amma Fərid məni tutaraq geri gətirdi, öpməyə başladı, nəfəs ala bilmədim. Zorla soyundurduqdan sonra bədənimə toxunmağa başladı. Mən də sürünərək qaçmağa çalışdım. Fərid səsimi çıxarmamağım üçün məni vurdu və boğmağa başladı”.
Səidə bildirib ki,Fərid onu yatağa, daha sonra yenidən divana yıxıb: “Ayağımı istilik sisteminə vuraraq səs-küy salmağa, aynanı qırmağa çalışdım. O, məni yenidən vurmağa başladı. Əlimi onun gözünə ataraq müqavimət göstərmək istədim. Fürsət yaranan an onu itələdim və küçəyə çıxdım”.
Zərərçəkmiş şəxs deyib ki, Fəridin onların evinə nə üçün gəldiyini bilməyib: “Üzü üstə olan zaman mənimlə intim əlaqədə oldu. Təqsirləndirilən şəxsdən şikayətçiyəm, barəsində ən ağır cəza təyin olunmasını istəyirəm”.
İş üzrə şahid qismində ifadə verən qəsəbə sakini Məmmədin sözlərinə görə, hadisə günü saat 4-5 radələrində ustadan mobil telefonunu götürmək üçün avtomobillə yola çıxan zaman Səidə özünü onların avtomobilinin qarşısına atıb: “Fərid də onun arxasınca gəldi. Səidə mənə əli ilə olanları başa salmağa çalışdı. Fərid Səidəyə yaxınlaşmağıma mane olmaq istədi. Qız huşunu itirdi, üzünə su vurduqdan sonra özünə gəldi. Biz polisə zəng etmək istədik. Amma Fərid “kimə deyirsiz, deyin, mənim heç kimdən qorxum yoxdur” deyib getdi.
Sonra polis əməkdaşları gələrək çəkiliş etdilər. Çəkiliş zamanı zərərçəkmiş şəxsin sinə nahiyələrində xəsarətlər olduğunu gördüm”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fərid 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, Fərid bundan əvvəl də məhkum olunub. O, 2021-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə təqsirli bilinib və 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Ondan əvvəl isə 2020-ci ildə də eyni əmələ görə məhkum edilib.
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb
-
Dünya10:08ABŞ Almaniyadan çəkilir, Rusiyadan reaksiya gəldi: “Qara ləkə”
-
Nida Xəbər 09:56Azərbaycanda maaş sistemində mühüm yenilik...









.jpg)












.png)
.jpg)














