Kriminal
Doğum evində dəhşət: Körpənin kəllə sümüyünü sındırdılar - 1,5 milyonluq təzminat tələb olunur
Rusiyanın Kamçatka vilayətində doğum evində dəhşətli hadisə baş verib. Doğuş zamanı həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş körpə ağır xəsarət alıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, anaya qeysəriyyə əməliyyatı gecikmə ilə edilib.
Əməliyyatdan sonra körpədə kəllə sümüyünün (təpə-gicgah nahiyəsinin) batıq sınığı və qıcolma sindromu aşkar olunub.
Vəziyyəti sürətlə pisləşən körpə təcili olaraq müalicə üçün Sankt-Peterburqa göndərilib. Aparılan ekspertizalar nəticəsində məlum olub ki, həkimlər əməliyyatı vaxtında həyata keçirməyiblər. O da məlum olub ki, tibbi sənədlərdə körpənin aldığı bu ağır travma barədə heç bir qeyd aparılmayıb, fakt gizlədilməyə çalışılıb.
Məhkəmə Kamçatka həkimlərinin anaya yanlış tibbi yardım göstərdiyini təsdiqləyib. Qərara əsasən, doğum evi zərərçəkmiş anaya və ataya 1,5 milyon rubl (təxminən 28 min manat), nənələrə isə 200 min rubl təzminat ödəməlidir. Lakin tibb müəssisəsinin rəhbərliyi bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verib.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















