Kriminal
ŞOK: Ana 2 yaşlı körpəsinə tatu vurdurdu - "Özü istədi"
ABŞ-da gənc ana 2 yaşlı oğluna döymə (tatu) vurduğu üçün polis tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilir ki, hadisə Bruk MakDeniel adlı qadının uşağın qoluna qara nöqtə şəklində tatu vurmasından sonra üzə çıxıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarına uşağa qarşı qəddar rəftar barədə şikayət daxil olub. Araşdırma zamanı balaca oğlanın sağ qolunda təzə vurulmuş və ətrafı qızarmış tatu izi aşkar edilib.
Həbs sənədlərində qeyd olunur ki, ana uşağın bunu "özü istədiyini" iddia edib.
Şahidlərin sözlərinə görə, qadın uşağın bunu "öz istəyi ilə" etdiyini deyərək hərəkətinə bəraət qazandırmağa çalışıb. Lakin polisin evə baxışı zamanı başqa dəhşətli faktlar da üzə çıxıb. Belə ki, ailənin yaşadığı evdə antisanitariya və "dəhşətli" həyat şəraiti qeydə alınıb. Bruk MakDeniel uşaqla qəddar rəftarda ittiham olunaraq dairə həbsxanasına yerləşdirilib.
O, 5000 dollar girov qarşılığında istintaq dövrü üçün azadlığa buraxıla bilər.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















