Kriminal
Dəhşət: 17 yaşlı gənc məktəbliyə 23 bıçaq zərbəsi vurdu
Rusiyanın Sankt-Peterburq şəhərində azyaşlının ağır yaralanması ilə nəticələnən dəhşətli hadisə baş verib.
Publika.az xəbər verir ki, bu barədə “78.ru” "Telegram" kanalı məlumat yayıb.
Hadisə şəhərin Vıborq şossesi ərazisində yerləşən fast-food kafelərindən birində qeydə alınıb. Bildirilir ki, yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib.
İlkin məlumata görə, 17 yaşlı gənc dava zamanı üzərində gəzdirdiyi bıçaqla 15 yaşlı məktəbliyə hücum edib. O, yeniyetmənin həyati vacib orqanlarına 23 bıçaq zərbəsi endirib.
Ağır xəsarətlər alan məktəbli təcili xəstəxanaya çatdırılıb. Həkimlər yaraların əsasən döş qəfəsi, qarın və əl nahiyələrinə dəydiyi bildirib.
Hazırda yeniyetmənin vəziyyəti son dərəcə ağır qiymətləndirilir və reanimasiya şöbəsində onun həyatı uğrunda mübarizə aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















