Kriminal
Türkiyəyə səfər müqabilində keçmiş ərini yandırtdı: Dəhşətli planın detalları
Böyük Britaniyada keçmiş ərinin üzərinə yandırıcı maddə tökülməsinə kömək edən qadın məhkəmə qarşısına çıxacaq.
Publika.az xəbər verir ki, hadisə 2025-ci ilin fevralında Plimut şəhərində baş verib.
Polisin məlumatına görə, iki nəfər gecə saatlarında 38 yaşlı kişinin evinə girərək o yatdığı vaxt üzərinə sulfat turşusu atıb. Nəticədə kişi bir gözünü itirib və ağır yanıq xəsarətləri alıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
İstintaq zamanı məlum olub ki, hücumun təşkilində zərərçəkənin keçmiş həyat yoldaşı Peris Uilson iştirak edib. Bildirilir ki, kişinin “Frost” ləqəbli narkobaron Rayn Kennediyə 120 min funt sterlinq borcu olub.
Araşdırmaya əsasən, Frost qadınla əlaqə saxlayaraq hücumun təşkilinə kömək etməsini istəyib. Peris Uilson isə pul və Türkiyəyə istirahət səfəri müqabilində razılaşıb.
Qadın saxlanılıb və məhkəmə iclaslarında cinayət sövdələşməsində iştirak etdiyini inkar etməyib.
Cinayətkar qrupun başçısı hesab olunan Rayn Kennedi isə hazırda axtarışa verilib. İstintaq onun Dubayda gizləndiyini bildirir.
Müəllif: Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















