Kriminal
Fırıldaqçılardan yeni təhlükə: Süni intellektlə “polis səsi” saxtalaşdırılır
Rusiyada fırıldaqçılar süni intellektdən istifadə edərək İstintaq Komitəsi (SK) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının səslərini saxtalaşdırmağa başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dələduzlar “deepfake” texnologiyası vasitəsilə real vaxt rejimində səs sintezi edərək həm qohumların, həm də rəsmi şəxslərin səsini təqlid edə bilirlər. Artıq SK və DİN əməkdaşlarının səslərinin saxtalaşdırıldığı halların qeydə alındığı bildirilir.
Məlumata əsasən, 2025-2026-cı illərdə fırıldaqçıların süni intellektdən istifadəsi daha da genişlənib. Onlar neyron şəbəkələr vasitəsilə foto-real görünüşlü saxta sənədlər də hazırlayırlar. Bu sənədlərdə adətən xırda detalların olmaması, fonun təhrif edilməsi və daxili uyğunsuzluqlar müşahidə olunur.
Bundan başqa, cinayətkarlar süni intellektlə məşhur şəxslərin iştirakı ilə saxta videolar da yaradırlar. Həmin videolarda guya müxtəlif ödənişlərin və “bonusların” elan edildiyi göstərilir.
Məlumatda qeyd olunur ki, fırıldaqçılar artıq fişinq hücumlarını da süni intellekt əsaslı botlar vasitəsilə həyata keçirirlər.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















