Kriminal
Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər
Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
Publika.az komitəyə istinadən xəbər verir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsindəki "gübrə" yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində, 1000 karton qutuda 10 milyon ədəd "Boston" markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılığı faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb, cinayətlərin törədilməsində iştirakı müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətlərin törədilməsində iştirakı olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















