Kriminal
Elnarə Rzayeva barəsində yeni hökm çıxarıldı
Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində yeni hökm çıxarılıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Tural Musayevin sədrliyi ilə xüsusi ittihamçı Rüfət Nigar Rüfət qızının şikayəti əsasında Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.
O, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul vəsaiti tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Kosmetoloq Elnarə Ramiz qızı Rzayeva bundan əvvəldə mühakimə olunub. Onun barəsində amnistiya aktının tətbiqi ləğv edilib, onun barəsində 10 ay müddətinə islah işləri cəzası qüvvədə saxlanılıb. Yeni hökmə əsasən, Elnarə Rzayevanın barəsində olan əvvəlki hökmlə hazırkı cəza birləşdirilib, ona qəti olaraq 1 il müddətinə islah işləri cəzası təyin olunub.
Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə veriblər.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















