Kriminal
Qaranlıq “eşq üçbucağı” - Ər qətlə yetirildi
Hindistanda dəhşətli qətl hadisəsi baş verib.
Punlika.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Qadın sevgilisi ilə birlikdə aralarındakı münasibətə mane olan ərini öldürüb.
Hadisə 42 yaşlı Muthyam Reddinin mayın 18-də itkin düşməsi ilə başlayıb. Onun həyat yoldaşı Kalpana polisə müraciət edərək ərinin yoxa çıxdığını bildirib. Lakin araşdırmalar zamanı qadının bir neçə aydır ki, qonşu kəndin sakini Qayni Pandari ilə gizli münasibət saxladığı məlum olub. Əri bu münasibətdən xəbər tutduqdan sonra ailədə tez-tez mübahisələr yaşanıb və Kalpana bu vəziyyətdən çıxış yolunu ərini aradan götürməkdə görüb.
Saxlanılan şəxslər etirafedici ifadələrində Reddini kəndin kənarında öldürdüklərini bildiriblər. Sevgililər cəsədi gizlətmək üçün ekskavatorla tarlada çuxur qazaraq onu basdırıb, üzərini daş və torpaqla örtüblər. Hazırda polis cəsədi eksqumasiya edərək məhkəmə-tibbi ekspertizasına göndərib. İstintaq cinayətdə başqa şəxslərin də əli olub-olmadığını araşdırır.
Hüseyn İbadlı
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















