Kriminal
İradəni öldürən biznesmen cəzadan azad edildi
Qeyri-rəsmi birgə yaşadığı qadını amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cəzadan azad edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin son qərarı belə olub.
48 yaşlı Ağcanov ibtidai istintaq vaxtı keçirilən ekspert rəyləri ilə anlaqsız hesab edilmişdi. Amma onun öldürdüyü İradə Muradovanın yaxınları həmin rəylə razılaşmırdı. Onlar iddia edirdilər ki, Emil cinayəti şüurlu şəkildə törədib, indi də həbsdən yayınmaq üçün özünü psixoloji xəstə kimi göstərir.
Məhkəmə məhz bu səbəbdən bütün şübhələri aradan qaldırmaq məqsədilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsinə qərar verdi. Lakin həkimlərin Ağcanovun psixoloji vəziyyəti ilə bağlı rəyi eyni oldu.
.jpg)
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə heyətinin yekun qərarı ilə Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, həbs əvəzinə məcburi psixiatrik müalicəyə göndəriləcək.
Qeyd edək ki, Emil biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir.
Bu cinayət hadisəsi isə ötən ilin yayında Yasamal rayonunda onun anasına məxsus evdə baş verib. Spirtli içki və narkotik vasitələrin təsiri altında olan Emil İradəni müxtəlif dini ayinlər etdirə-etdirə, ayətül-kürsi duası oxutdura-oxutdura boğaraq öldürüb. Daha sonra o, cəsədi evin hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər bu vəziyyətdə dini musiqilər dinləyib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















