Kriminal
Çinar kafesində dava: “Yanımda olan xanıma söz atdı, söyüşlə danışdı” - TƏFƏRRÜAT
Bakının Nəsimi rayonunda 1990-cı il təvəllüdlü Əkbər kafedə Xalidə (adlar şərti verilib – red.) qarşı quldurluq etməkdə ittiham edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il yanvarın 14-də baş verib.
Tovuz rayon sakini Əkbər gecə saat 3 radələrində “Çinar” kafesində olarkən sərxoş vəziyyətdə yaxın masada əyləşmiş Xalidə yaxınlaşıb, onların masasındakı xanıma baxıb söz atması, söyüş söyməsi səbəbindən onu kənara aparıb. Orada mübahisə yaranıb.
Əkbər Xalidə yumruq və təpik zərbələri vurub, 500 manat pulunu götürərək oradan uzaqlaşıb. Zərərçəkmiş isə şikayətində göstərib ki, hadisə yerində Əkbər tək yox, bir qrup şəxslə onun üzərinə basqın edib.
Buna görə də istintaq orqanı Əkbərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edib.
Əkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, ad günü şənliyindən çıxaraq kafeyə gəlib: “Yanımda qadın da vardı. Xalid xanıma baxdı, ona söz atdı. Mən fikir vermədim, ayağa qalxaraq yerimi dəyişdim. Sonra Xalid söyüşlə danışmağa başladı. Ondan “niyə söyüş söyürsən, kimə söyürsən?” deyə soruşdum. “Elə hamıya söyürəm” cavabını verdi.
Xalidlə münasibətləri aydınlaşdırmaq üçün obyektin arxasına çıxdıq. Orada aramızda söz-söhbət, əlbəyaxa dava oldu. Mən həqiqətin ortaya çıxması üçün kafenin içərisindəki kamera görüntülərinə baxmağı təklif etdim. Amma buna baxılmadı”.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş ifadəsində guya cibində 500 manatı pulun olması haqqında istintaqa ifadə verib: “Davada Samirin də iştirak etdiyi deyilir, amma mən tək olmuşam, yanımda sadəcə 2 xanım olub. Hadisədən sonra zərərçəkmişlə eyni stolda oturmuşam, digər şəxslərdən üzrxahlıq edərək mehribancasına ayrılmışıq. Kafedə 30-40 dəqiqə oturdum, pivə içdim. Xalidin 500 manatını ələ keçirməmişəm”.
Zərərçəkmiş Xalidin sözlərinə görə, hadisə ötən il yanvarın 14-də “Çinar” kafesində baş verib: “Kafedə dava düşdü, mən də bunu görərək kafedən uzaqlaşdım. Mağazalar şəbəkəsinin filiallarından birinin qarşısına çatanda əlimi ciblərimə saldım, cibimdəki pulların yoxa çıxdığı məlum oldu.
Mən hadisə zamanı içkili olmuşam. Xalidlə dava etmişəm. Nə hadisənin təfərrüatlarını xatırlayıram, nə də Xalidi tanıyıram. Onu yalnız mübahisə zamanı görmüşəm”.
Xalid qeyd edib ki, “Çinar” kafesinə ara-sıra gedirmiş: “Hadisə günü dostum Səlimlə birlikdə kafeyə istirahət etmək məqsədi ilə getmişdik. Mahnı sifarişi ucbatından yaranan anlaşılmazlıqdan dava başladı. Mən 1 bokal pivə içmişdim, mahnı da sifariş etməmişdim.
Əkbər münasibətləri aydınlaşdırmaq üçün məni kafedən çölə dəvət etdi. Onunla kafenin içərisində söhbət etməyə başladıq, kimsə məni arxadan vurdu. Yerə yıxıldım, bir neçə nəfər məni döyməyə başladı. Əkbər də onların arasındaydı. Məni vuranlardan biri Samir idi, yalnız onu tanıyırdım. Onlar heç bir irad tutmadan, səbəbsiz yerə anidən məni döyməyə başladılar. Altı-yeddi nəfər idilər.
Əkbər məni döydükdən sonra özünü Anar kimi təqdim etdi. Mən ayağa qalxaraq kafeni tərk etdim.
Hadisə zamanı cibimdə 526 manat pul vardı. Mobil telefonum yox idi. Pulların 400 manatı yüzlük, 100 manatı əllilik əskinazlardan ibarət idi. Kafedə cəmi 3 manat musiqiçilərə vermişəm. Başqa pul xərcləməmişəm.
Yolda pulların cibimdən yoxa çıxdığını gördüm. Pulların hara yoxa çıxması və ya kim tərəfindən götürülməsi mənə məlum deyil. Əkbərin quldurluq niyyətini sezməmişəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin quldurluq əməli törətməsi sübuta yetirilməyib. Buna görə də ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Onun barəsində amnistiya aktı tətbiq edilib və o, cəzadan azad olunub.
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır




























.jpg)









