Kriminal
Manyak çadırı yarıb qadınları qaçırdı - Dəhşətli hadisə
ABŞ-da 58 yaşlı kişi iki turist qadını qaçırmaq və zorlamağa cəhd etməkdə ittiham olunub.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Hadisə 2024-cü il iyulun 4-də Tillamuk dairəsində yerləşən ictimai piyada marşrutunda baş versə də, şübhəlinin kimliyi yalnız bu yaxınlarda müəyyən edilib.
Məlumata görə, Cin Arnold Maklenitan gecə saatlarında turist qadınların çadırına yaxınlaşıb, çadırı kəsərək onları zorla çölə çıxarıb. O, qadınların əllərini bağlayıb, gözlərini örtərək zorlayacağı ilə hədələyib.
Şübhəli üzərində ülgüc kimi iti bıçaqlarla dolu çanta olduğunu bildirərək qadınlara müqavimət göstərməməyi bildirib. Buna baxmayaraq, zərərçəkənlər qaçaraq xilas ola biliblər. Onların necə qurtulduğu isə açıqlanmayıb.
Maklenitan hadisədən sonra təxminən iki il azadlıqda qalıb. Məlum olub ki, o, daha əvvəl də silahlı şəkildə yaşayış evinə qanunsuz daxil olma və cinsi zorakılıq cinayətlərinə görə məhkum edilib.
Məhkəmə onun girov müqabilində azadlığa buraxılmadan həbsdə saxlanılmasına qərar verib. Təqsiri sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.
Hüquq-mühafizə orqanları Maklenitanın başqa qurbanlarının da ola biləcəyini istisna etmir.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















