Kriminal
Bakıda parkda gecəyarı iki qadına qarşı cinayət: “Ağzımı tutdu, ağaclığa apardı” - TƏFƏRRÜAT
Bakının Nərimanov rayonunda gənc oğlan iki qadına təcavüz etməkdə ittiham olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Şəki rayon sakini 2009-cu il təvəllüdlü Kamal ötən il yanvarın 4-də gecə saat 3 radələrində “Dədə Qorqud” istirahət parkında 2005-ci il təvəllüdlü Aygünü (adlar şərti verilib – red.) ağaclıq olan hissəyə doğru çəkib.
O, qadına müxtəlif dərəcəli xəsarətlər yetirib, zor tətbiqi ilə seksual xarakterli hərəkətləri törədib.
Kamal həmin il yanvarın 6-da gecə saat 1:30-da “Dədə Qorqud” parkında 1993-cü il təvəllüdlü Aydana arxadan yaxınlaşıb, ağzını tutaraq ağaclıqda yerə uzadıb. Müqavimətlə qaqrşılaşanda qadına zor tətbiq etməklə seksual xarakterli hərəkətlərini davam etdirib, yumruq və təpik zərbələri ilə onun sifət nahiyəsindən vurub.
İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Kamal elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərib ki, hadisə zamanı qızlarla tanış olmaq istəyib: “Parkda bir qıza dost olmaq məqsədilə yaxınlaşıb salam verdim və söz atdım. O mənimlə tanış olmaq istəmədi, sözümüz çəp gəldi. Qız polisə zəng vurdu, mən də qaçaraq gizləndim. Həmin qızı vurmamışam, polisə zəng etməsinin səbəbini bilmirəm”.
Təqsirləndirilən şəxs deyib ki, ikinci qızla da eyni qaydada tanış olmaq istəyib: “Ona da salam verdim, söz atdım, tanış olmaq istədiyimi bildirdim. O, imtina edəndə təkid etdim, tanış olacağımı dedim, sözümüz çəpləşdi. Bu vaxt qız üzümdən vurdu. Mən də onun üzündən vurdum, itələdim və qız yerə yıxıldı. Qaçaraq kafedə gizləndim”.
Kamal deyib ki, qızları qucaqlamayıb, ağaclara tərəf çəkməyib: “Qızlarla ağaclar tərəfdə yox, parkda tanış olmaq istəmişəm. İkinci qızın polisə şikayət etməsinin səbəbi mənim onu vurmağım, yerə yıxmağım olub. Hadisədən sonra polislər gizləndiyim kafenin qapısını döyüldülər və məni bölməyə apardılar. İbtidai istintaq zamanı qızlardan biri gələrək məni gördü. Amma üzləşdirmə olmadı. Qızlar məni şərləyib, ifadələrində bildirdikləri yalandır”.
Zərərçəkmiş Aygünün sözlərinə görə, hadisədən əvvəl təqsirləndirilən şəxsi görməyib: “Axşam "Dədə Qorqud" parkındaydım, valideynlərim məndən uzaqda gəzişirdilər. Mən qulaqlıqla mahnıya qulaq asırdım, kənar səsləri eşitmirdim. Parkda yol gedərkən kimsə qolumdan yapışdı. Qorxdum, onu telefonla vurdum və qışqırdım. O, mənə xəsarət yetirməyib, başqa heç bir hərəkət etməyib.
Qışqırıq səsinə ailə üzvlərim yaxınlaşdı, həmin şəxs qaçdı. Düşündüm ki, mənə tanış olmaq məqsədilə yaxınlaşıb. Ailəm şikayət etməyimi istədi. Mən də hüquq-mühafizə orqanlarına şikayət etdim”.
Digər zərərçəkmiş Aydanın sözlərinə görə, yanvarın 4-də ad günü olub: “İş yoldaşımın yerinə də işlədiyim üçün işdən gec çıxdım. Taksi üçün pulum olmadı, buna görə parkın içindən qısa yolla piyada getdim. Parkda həmişə çox adam olur. Bu dəfə hava soyuq olduğundan adam yox idi. Qulağımda qulaqlıq vardı, təqsirləndirilən şəxs arxadan yaxınlaşaraq ağzımı tutdu. Belimdə çanta olduğu üçün cəld hərəkət edə bilmədim.
O, məni arxaya çəkdi və yerə yıxdı. Mənə təpik və yumruqla zərbələr endirdi. Daha sonra paltarımı çıxarmaq istədi, cinsi əlaqəyə girmək istədiyini dedi. İşdən yorğun çıxdığım üçün çox müqavimət göstərə bilmədim. Yoldan keçən oğlanlar səsimi eşidərək yaxınlaşdılar və Kamalın mənə nəsə etməsinə imkan vermədilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Kamal 6 il müddətinə azadlıqdan məhrum edilib.
-
Rəsmi xronika14:30Prezident fərman imzaladı
-
Dünya13:55Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?
-
Sosial13:10Sabah 31 dərəcə isti olacaq
-
Cənubi Qafqaz12:58Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı
-
Sosial12:46Yeni Günəşli sakinlərinə şad xəbər: Nəhəng park tikilir - FOTO/VİDEO
-
Rəsmi xronika12:03İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
-
Region11:43Ermənistan "Q nöqtəsi”nə getmək istəyən sərnişindir: Moskvadan istehzalı eyham
-
Maraq dünyası10:16Səhrada möcüzə olmayacaq: “The Line” layihəsi donduruldu







.png)
































