Kriminal
Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Anar adlı şəxs bir müddətdir dayısı Elməddinin evində qalırmış. Hadisə baş verən vaxt dayısı evdə olmayıb.
İlkin məlumata əsasən, 2011-ci il təvəllüdlü Anar Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səidə Cəfərovaya hücum edib. Ağır xəsarətlər alan qadın yerindəcə həyatını itirib.
Hadisə zamanı evdə qadının iki azyaşlı övladı da olub. Onlar qaçaraq qonşulara məlumat veriblər.
Qətldən sonra şübhəli hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Şübhəli hadisə yerindən qaçıb.
Məlumata görə, çobanlar onu örüş sahəsində gedərkən görüblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















