Kriminal
Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinincinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadla Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev, qurumun baş mühasibi Qurbanxan İsgəndərov və şirkət rəhbəri Yaşar Heydərov mühakimə edilib. Onlar üçü də azadlıqdadır.
İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər onlara etibar edilmiş 73 min manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Həmin pullar müxtəlif adlarla silinib. Məsələn, süpürgəçilərin maaşı, çayxana tikilişi və sair.
Amma ən maraqlı epizod isə başqadır. İş materiallarına əsasən, 73 min manatın 11 min 840 manatı sahibsiz itlərə yem alınması adı ilə “oğurlanıb”. Bu vəsait ayrı-ayrı vaxtlarda Yaşar Heydərovun şirkətinə köçürülüb. Amma küçə itlərinə həmin pullardan yem çatmayıb.

Məhkəmə istintaqı vaxtı bir çox ittihamlar sübut edilsə də, təsdiqini tapmayan bəzi epizodlar da olub. Bu da yekunda nəzərə alınıb. Həmçinin təqsirləndirilən şəxslər dəymiş ziyandan 35 min 380 manatını geri ödəyiblər.
Bunlara əsasən, təqsirləndirilən şəxslər üçü də azadlıqda qala biliblər. Onlardan M.Əliyevə şərti, Y.Heydərova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Qurbanxan İsgəndərovun isə ev dutaqlığında keçirdiyi müddət yetərli sayılıb.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















