Kriminal
Toyda döyülüb evə qayıtdı, qonşusunun başını kəsdi - Dəhşətli qətlin təfərrüatı
Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Əliyev 19 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Sabirabad rayonunun Moranlı kəndində baş verib. Kənd sakini Ə.Əliyev həmkəndlisi Rüstəm Əliyevlə Şirvan şəhərindəki şadlıq saraylarından birində spirtli içki qəbul edəndən sonra aralarında mübahisə baş verib. Mübahisə zamanı R.Əliyev Əlini söyüb və onu vurub.
Toydan evə qayıdan Əli Rüstəmdən qisas almaq məqsədilə onu öldürmək qərarı verib. O, Rüstəmin yaşadığı məhəlləyə gələrək onu çağırıb. Rüstəm küçəyə çıxdığı zaman Əli özü ilə gətirdiyi mətbəx bıçağı ilə onu kürək nahiyəsindən vurub. O, daha sonra Rüstəmə ard-arda bıçaq zərbələri endirib. Əli Rüstəmə qarın, ürək və baş nahiyələrindən ümumilikdə 33 bıçaq zərbəsi vurub, sonra isə başını kəsib.
Qətl hadisəsini törədən Əli Əliyev polisə təslim olub.
Məlumata görə, hadisədən bir müddət əvvəl Əli Əliyev məhkumluq həyatı yaşayıb və cəzaçəkmə müəssisəsindən yeni çıxıbmış.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















