Kriminal
Bakıda kişi qızının ad günündə keçmiş həyat yoldaşı və qayınanasını öldürdü - Təfərrüat
Bakının Sabunçu rayonunda baş verən qətlin təffərüatı məlum olub.
Publika.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Ramana qəsəbəsində 35 yaşlı Vüsal Lütfəliyev qızının ad günündə onu görmək üçün Ramana qəsəbəsinə gəlib. Lakin onun keçmiş həyat yoldaşı Xəyalə və qayınanası İradə görüşə mane olmağa çalışıblar.
Bundan hiddətlənən V.Lütfəliyev əvvəlcə qaynanasının ağız nahiyəsini, sonra boynunu kəsib.
Keçmiş həyat yoldaşının ürək nahiyyəsinə bir bıçaq zərbəsi vurub. Bütün bu hadisələr onun iki azyaşlı övladının gözləri qarşısında baş verib. Hadisədən xəbər tutan qonşular polisə məlumat verib.
Polisdən qaçmaq istəyən V.Lütfəliyev hasardan qonşunun həyətinə tullanıb. Bu zaman o, əllərindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Çoxlu qan itirərək digər qonşunun həyətinə keçib.
Orada V.Lütfəliyevin özünə məxsus ayaqqabının ipi ilə ağacdan asılmış meyiti aşkarlanıb.
Qeyd edək ki, ölən hər üç şəxs Şəki şəhərində dəfn edilib. Verilən məlumata görə, V.Lütfəliyev və həyat yoldaşı Xəyalə uzun müddətdir ki, Şəkidə yaşayırmış. Xəyalənin anası İradə Vüsalı işləməsi üçün həyat yoldaşı ilə birgə Bakıya çağırıb. Hadisədən üç gün əvvəl isə Xəyalə boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















