Kriminal
Sabirabadda “Zeytun” aptekin sahibinə dələduzluq edildi: Yod və “Nimesil” fırıldağı - TƏFƏRRÜAT
Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Zeytun” aptekin sahibi Kamran Sadıqova qarşı dələduzluq edilib.
Publika.az Teleqraf-a istinadən xənər verir ki, 1994-cü il təvəllüdlü Bərdə rayon sakini Məqsəd “Zeytun” aptekin sahibi Kamrandan dərman preparatlarını satmaq adıyla nisyə götürüb və onun etibarından sui-istifadə edib. O, 2025-ci ildə aptekin anbarından ümumilikdə 7560 manat dəyərində 10800 flakon yod tibbi peraparatını Bərdə şəhərinə aparıb.
Bundan başqa, aptekdən üç dəfəyə ümumilikdə 30 min 440 manatlıq dərman götürüb və dərmanları sataraq pulunu şəxsi ehtiyaclarına sərf edib.
İstintaq orqanı tərəfindən Məqsədin barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Məqsəd özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonunun Qaraməmmədli kəndində yaşayıb: “Kamranla təxminən 3 il əvvəl Sabirabad şəhərindəki “Zeytun” aptekində tanış oldum, ondan nisyə dərman aldım. Bir müddət dərmanları Bərdədə və ətraf rayonlarda sataraq qazanc əldə etdim, Kamranın pulunu verdim”.
Təqsirləndirilən şəxs deyib ki, Bərdə rayon sakini İbrahim Allahverdiyev ona məxsus “Ford” markalı avtomobili idarə edib: “İbrahim sürücü kimi avtomobilimi idarə etdiyi üçün ona hər ay 500 manat maaş verirdim. Kamranla təxminən 2 il alış-veriş etmişəm. Həmin vaxtlar Tərtər şəhərində bazarın yaxınlığında 50 kvadrat metr ərazisi olan apteki icarəyə götürərək orada işlətmişəm.
2025-ci ilin əvvəllərində aptekdə alver zəif oldu. Ona görə aptekin fəaliyyətini dayandıraraq səyyar qaydada alverə davam etdim”.
Məqsədin ifadəsinə görə, 2025-ci ilin may ayında Kamran Sadıqovun aptekindən 26000 manat dəyərində nisyə yod alaraq satıb və Kamrana pulunu verəcəyini deyib: “Yodu sataraq azanc əldə etdim, amma Kamranın 26000 manat pulunu qaytarmadım. Həmin ilin may ayında yenə də Kamrandan 12000 manat dəyərində nisyə “Nimesil” dərmanı götürdüm. O vaxtlar avtomobilimi aşırdığım üçün Kamranın 12000 manat pulunu vermədim.
Sonrakı günlərdə Kamran məndən pulunu istəyəndə 38000 manatı hissə-hissə ödəyəcəyimi dedim. O da barəmdə şikayət etdi”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödədiyni və bununla da aralarında barışıq əldə edildiyini deyib. Eyni zamanda o, 2-ci Qarabağ müharibəsində iştirak etdiyini və himayəsində azyaşlı uşaqların olmasını nəzərə alınaraq barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.
Zərərçəkmiş Kamranın sözlərinə görə, Sabirabad rayonu Kürkəndi kəndində yaşayır, əczaçılıqla məşğul olur: “Sabirabad şəhərində özümə məxsus “Zeytun” aptekdə rəsmi fəaliyyət göstərirəm. Aptekin anbarında Sabirabad şəhər sakini Məhəmməd işləyir. Anbara gələn və anbardan buraxılan dərmanlara o, cavabdehdir.
Bərdə rayon sakini Məqsəd 2024-cü ilin əvəllərində aptekimə gələrək mənimlə tanış oldu. Bərdə şəhərində “Parfum” mağazası və “Zeytun” apteki olduğunu bildirdi. O, aptekimdən nağd və nisyə dərman götürmək istədi. İnandığım üçün onun təklifi ilə razılaşdım. Məqsədə bir neçə dəfə istədiyi dərman preparatlarını nağd olaraq satdım, bəzi vaxtlarda isə nisyə dərman götürdü. Dərmanları sataraq pulunu qaytarırdı.
Özüm anbarda olmadığım vaxtlar göstərişim əsasında Məhəmməd dərmanların siyahısını və kimə verməsi barədə kağız parçasına yazır, sonra həmin qeydin şəkilini mobil telefonuma göndərirdi”.
Sahibkarın sözlərinə görə, Məqsəd tək yodlarla əlaqədar ona 7560 manat verməli idi: “Apardığı malların pulunu 1 ay müddətinə verəcəyini dedi. Lakin vaxt tamam oldu, pulu vermədi”.
Sahibkar ifadəsində Məqsədə 2025-ci il ərzində daha bir neçə dəfə dərman ləvazimatları və yod verib: “Aldığı yodun ümumi məbləği 13230 manat təşkil edirdi. Hər dəfə pulu tələb edəndə müxtəlif bəhanələr gətirir, verəcəyini deyirdi.
Yenidən Məqsəd telefon əlaqəsi saxlayanda pulu ödəmək üçün bir həftə vaxt istədi, eyni zamanda tanışı İbrahim Allahverdiyevi aptekimə göndərəcəyini, əlavə olaraq 12000 manatlıq “Nemsil” dərmanı verməyimi xahiş etdi. Əvəzində Bərdə şəhərində olan aptekindən mənə “Diamet” şprisi və “Diamet” sistemi gətirəcəyini vəd etdi. Məqsədə inandığım üçün razılaşdım”.
Sahibkar qeyd edib ki, sonrakı vaxtlarda Məqsədin telefonuna dəfələrlə zəng etsə də, ona zəng çatmayıb: “Belədə Bərdə şəhərinə yollandım. Orada soraqlaşanda Məqsədin “Parfum” mağazası, apteki, ümumiyyətlə hər hansı obyekti olmadığı məlum oldu. Məqsədin yaşadığı evə getsəm də, onu tapa bilmədim. Qonşuluğunda yaşayan xalası oğlu Vasifi gördüm.
Söhbət zamanı Vasifə Məqsədin dərman götürürərək məni aldatdığını, pulumu vermədiyini dedim. Vasif Məqsədin Bərdə şəhərində dərman saxladığı anbarın olduğunu və açarı evlərindən götürərək ora baxa biləcəyimizi dedi.
Vasiflə birlikdə anbara daxil oldum. Gələcəkdə söz-söhbət olmaması üçün anbara giriş-çıxışlarımı, orada olduğum müddəti mobil telefonum vasitəsilə çəkdim. 1800 manat məbləğində isə pulunu ödəmədiyi “Mukalitin” dərman qutularını gördüm və onların istifadə müddətinin keçdiyini müəyyən etdim. Vaxtı ötmüş dərmanları yükləyərək apardım”.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində amnistiya aktı tətbiq edilib. O, Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalında həbsdən azad edilib.
-
Nida Xəbər 15:34Rasim İldırımzadə məhkəmə zalında həbs edildi
-
Dünya14:33Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO
-
İdman14:12DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR
-
Rəsmi xronika13:53Prezident fərman imzaladı
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
-
Sosial12:22Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
-
Nida Xəbər 11:46Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
-
Maraq dünyası10:18Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR










.jpg)


























