Kriminal
Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Goranboyda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Maşallah Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub, o, 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Goranboy rayonunun Hazırəhmədli kəndində baş verib. Əvvəllər ailəli olub boşanan M.Əliyev sonradan İlhamə Tağıyeva ilə ailə həyatı qurub və onların birgə nikahından 3 övladları dünyaya gəlib. Bir müddətdən sonra M.Əliyev İlhamənin başqa kişilərlə yazışdığını iddia edərək onu izləyib.
İttihamda göstərilib ki, M.Əliyev həyat yoldaşının telefonuna baxarkən onun başqa kişilərə sevgi mesajları yazdığını və şəkillər yolladığını görüb. Həmin şəxslərdən biri isə M.Əliyevin xalası oğlu olub. O, xalası oğluna həyat yoldaşının telefonu ilə sms yazaraq görüşə çağırıb. Xalası oğlu görüşə gələrkən orada M.Əliyevi görüb. Mübahisə zamanı M.Əliyev xalası oğlunu bıçaqlayıb.
Hadisədən bir müddət sonra Maşallah yenidən həyat yoldaşının telefonunda başqa kişi ilə yazışmasını tutub və onu qətlə yetirib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















