Kriminal
Qubada gənc oğlan məktəbli qıza əxlaqsız hərəkətlər etdi, iş polisə düşdü - TƏFƏRRÜAT
Quba rayonunda 19 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qıza əxlaqsız hərəkətlər edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Ayxan 2025-ci ilin fevral ayının sonlarında həmin vaxt 14 yaşına çatmamış 8-ci sinif şagirdi Vəfa (adlar şərti verilib – red.) ilə tanış olub.
Onunla məktəbin qarşısında görüşüb, qızı yarımçıq tikiliyə gətirib və zor tətbiq etmədən seksual xarakterli hərəkətlər edib.
Ayxanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
Ayxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Quba şəhərində orta məktəbin 6-cı sinfinə qədər təhsil alıb: “2019-cu ildən isə Siyəzən şəhərində internat tipli gimnaziyada 9-cu sinfə qədər oxudum, 9-cu sinfə başlamadan Quba şəhərinə gələrək müxtəlif kafelərdə ofisiant işlədim. Namiq adlı şəxslə tanışlıqdan sonra onunla aramızda dostluq münasibətləri yarandı”.
Təqsirləndirilən şəxs deyib ki, 2024-cü ilin iyul ayında Quba şəhərindəki Nizami parkında Namiqin tanışı Sona adlı qızın bacısı Vəfanı görüb: “Vəfanı bəyəndiyim üçün Namiqdən bizi tanış etməyi xahiş etdim. Əvvəlcə Vəfa mənimlə danışmaq istəmədi, sonra onun “İnstagram” sosial şəbəkəsindəki hesabını taparaq mesaj yazdım.
Dost kimi danışdıq, aramızda sevgi münasibətləri yarandı. Onun 8-ci sinifdə təhsil aldığını bildim. Biz hər gün mobil telefonla mesajlaşdıq, ara-sıra dərsdən çıxanda görüşdük, şəhər ərazisində, həmçinin parkda gəzməyə getdik”.
Ayxanın ifadəsinə görə, 2025-ci ilin fevral ayının sonlarında Vəfa dərsdən çıxdıqdan sonra məktəbin qarşısında görüşərək arxa küçə ilə gediblər: “Küçənin sağ və sol tərəflərində yaşayış evləri vardı. Bir qədər getdikdən sonra Vəfa sol tərəfdə yarımçıq tikili olduğunu gördü və sakit yer olduğu üçün orada söhbət etməyi təklif etdi. Mən də razılaşdım, biz yarımtikilinin qapı olmayan giriş hissəsindən içəri keçdik, daşların üzərində oturduq.
Bir az söhbət etdikdən sonra ayağa qalxdım. Vəfaya yaxınlaşaraq onu divara söykədim və “mənə aid olmaq istəyirsənmi” deyə soruşdum. O, mənə etiraz etmədi. İkimiz də soyunduq, ona qarşı seksual hərəkətlər etdim. Paltarlarımızı geyinib tikilidən çıxdıq, Vəfanın yaşadığı evə doğru getdik”.
Təqsirləndirilən şəxs deyib ki, növbəti gün Vəfa ilə yenidən məktəbin qarşısında görüşüb: “O, dərsə girmədi və biz Quba şəhəri ərazisində bir qədər gəzdik. Növbəti gün yenə o, dərsə girmədi və eyni yerdə görüşdük. O, dərsə girmədiyinə görə məktəbdən evlərinə məlumat verdilər. Vəfa da evə qayıtmağa qorxdu.
Saat 16 radələrində Quba şəhəri, "Birja" adlanan ərazidə olduğumuz vaxt polis əməkdaşları bizi Quba rayon polis şöbəsinə apardılar. Mən Vəfa ilə cinsi əlaqədə olmamışam. Ona zor tətbiq etməmişəm”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Ayxan 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















