Kriminal
40 ildən sonra üzə çıxan dəhşətli cinayət: Atasının ikinci arvadını... - HÖKM
Kabardin-Balkar Respublikasında 40 il əvvəl atasının ikinci arvadını öldürən, daha sonra isə onun qızını zorlayaraq qətlə yetirən şəxs 15 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə regionun İstintaq Komitəsi məlumat yayıb.
İstintaq materiallarına əsasən, hadisə 1984-cü ilin may ayında Nalçik şəhərində baş verib. Bildirilir ki, həmin şəxs atasının yeni ailəsindən qisas almaq məqsədilə mənzilə daxil olub və atasının həyat yoldaşına bıçaq xəsarətləri yetirib. Qadın aldığı yaralardan hadisə yerində ölüb.
Daha sonra o, qadının 15 yaşlı qızını zorlayıb və boğaraq qətlə yetirib. Cinayəti törətdikdən sonra evdə olan pul və zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.
1984-cü ildə aparılan istintaq zamanı kişinin hadisədə iştirakı sübuta yetirilmədiyi üçün cinayət işi dayandırılmışdı. Lakin 40 il sonra yeni texnologiyalar əsasında aparılan ekspertiza nəticəsində maddi sübutlar üzərində onun bioloji izləri aşkar edilib.
Hazırda 67 yaşı olan şəxs Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında başqa ölkədə saxlanılıb, Rusiyaya ekstradisiya olunub və məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















