Kriminal
Modelin meyiti çamadandan çıxdı
Kolumbiyada polis 36 yaşlı modelin qətli ilə bağlı iki xarici vətəndaşı axtarışa verib.
Publika.az xəbər verir ki, hadisə paytaxt Boqotada baş verib.
Məlumata görə, Nataliya Vilyyalba Anqaritanın qalıqları onun kirayələdiyi mənzildə aşkarlanıb. Meyit hamam otağında boz rəngli çamadanda gizlədilmiş vəziyyətdə tapılıb. Hadisə yerində modelə məxsus şəxsi əşyalar, o cümlədən iki pasport da aşkarlanıb.
Polisin araşdırması zamanı məlum olub ki, mənzildə iki kişi olub. Əvvəlcə burada ABŞ-ın Texas ştatından olan bir vətəndaş qalıb və daha sonra oranı tərk edib. İyunun 17-də isə qadının yanına Böyük Britaniya vətəndaşı gəlib. O, ertəsi gün mənzildən çıxıb.
Müşahidə kameralarının görüntülərində həmin şəxsin yataq dəstini camaşırxanaya apardığı görünür.
Hazırda istintaq təhlükəsizlik kameralarının görüntülərini, binaya giriş-çıxış qeydlərini və hər iki əcnəbinin hərəkət marşrutunu araşdırır. Onlar barəsində axtarış elan edilib.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















