Kriminal
Bankdan 2 milyardlıq qızıl yoxa çıxdı: Şok planın detalları
Rusiyada bank anbarından ümumi dəyəri 2 milyard rubl (44 milyon 156 min Azərbaycan manatı) qiymətləndirilən qızıl sikkələrin oğurlanması ilə bağlı araşdırmada yeni detallar məlum olub.
Publika.az xəbər verir ki, istintaq orqanlarının açıqladığı məlumata görə, cinayətin baş verdiyi obyektə qanuni giriş imkanı olan şəxslərin sayı cəmi iki nəfər olub.
Araşdırma zamanı diqqət bankın üç əməkdaşına yönəlib. İstintaqın versiyasına əsasən, qadınlar 2-3 ay ərzində birlikdə hərəkət edərək qızılları hissə-hissə anbardan çıxarıblar.
Onlar təhlükəsizlik xidmətinin diqqətini çəkməmək üçün qiymətli metalları kiçik partiyalar şəklində çıxararaq böyük oğurluğu adi əməliyyatlar kimi gizlətməyə çalışıblar.
Hazırda oğurlanan qızılın əsas hissəsi hələ də tapılmayıb. Hüquq-mühafizə orqanları qiymətli əşyaların yerini müəyyənləşdirmək və hadisənin bütün detallarını araşdırmaq üçün əməliyyatları davam etdirir.
Sankt-Peterburq şəhərində baş verən bu hadisəyə "əsrin oğurluğu" adı verilib.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















