Kriminal
Ata qızında keçmiş ərinin mesajlarını gördü, döyərək öldürdü
Gəncə şəhərində 48 yaşlı Sabir 2003-cü il təvəllüdlü qızı Süsəni (adlar şərti verilib – red.) öldürüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Sabir ötən il iyulun 18-də yaşadıqları evdə qızı Süsənin mobil telefonunda keçmiş əri Sərxanla sevgi münasibətləri zəminində yazışmalarını əks etdirən ekran şəkillərini görüb.
Cəzalandırmaq məqsədilə onu təpiklə, yumruqla, şillə ilə, eləcə də mobil telefonla vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Süsən bir gün sonra vəfat edib.
İstintaq orqanı tərəfindən Sabirin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sabir ittiham üzrə özünü təqsirli bilməyib və bildirib ki, qətl hadisəsindən bir gün əvvəl, yəni iyulun 17-də evə gələn zaman qızının telefonu gizlətdiyini görüb: “Qızım Sərxanla ailə həyatı qurub, Moskva şəhərinə gəlin köçmüşdü. Üç ay sonra ondan hicabını açmasını istədilər. Eləcə də, hamilə vəziyyətdə Gəncə şəhərinə evə yola saldılar.
O, qayıtdıqdan sonra qudalarımla əlaqə saxladım, cəmi 3 ay evli olmasına baxmayaraq, hansı əsasla onu geri qaytardıqlarını soruşdum. Cavabda qızımın hicab taxmasını və onu açmaq istəməməsini əsas gətirdilər. Dəfələrlə əlaqə yaratmağa çalışsam da, Sərxan və ailəsi bizə cavab vermədi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Süsənin 2023-cü ildə qızı dünyaya gəldikdən sonra bir daha əlaqə saxlamağa çalışsa da, keçmiş qudalarının ailəni bərpa etmək niyyətində olmadığını anlayıb: “Nəvəmə özüm atalıq adımı verdim. Qızıma isə bir daha onlarla əlaqə saxlamamağı tapşırdım. İki il sonra qızımın keçmiş əri ilə münasibətlindən xəbər tutdum. Həmin axşam evdən getdim”.
Təqsirləndirilən şəxs deyib ki, səhər gün, yəni iyulun 18-də geri gələndə qızını yatmış görüb, onu oyadıb və telefonunu istəyib:
“Telefona baxanda qızımın keçmiş həyat yoldaşı ilə yazışmalarını gördüm, bunun səbəbini soruşdum. Onu döydüm, əlimlə üzünə və bədəninə 5-6 zərbə vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü ona mane ola biləcək heç kəs olmayıb: “Niyyətim qızımı öldürmək yox, sadəcə cəzalandırmaq idi. Qızımı döydüm, sonra arvadıma və atama ona baxmağı tapşıraraq getdim. Günorta saatlarında evə qayıdanda Süsən yatmışdı. Onu yuxudan oyadaraq yeməyə çağırdım. Amma incidiyindən yemək yeməkdən imtina etdi, yatmaq istədiyini bildirdi”.
Sabirin ifadəsinə görə, növbəti gün qızı çıxaraq həyətdə gəzib, su içib və daha sonra yenidən öz yerinə uzanıb: “Narahatlığını gördüm və ona yaxınlaşaraq həkimə getməyi və ya təcili tibbi yardımın çağrılmasını təklif etdim. Amma o bundan imtina etdi, özünü yaxşı hiss elədiyini bildirdi. Günortadan sonra vəziyyətinin yenidən ağırlaşdığını gördüm və dərhal ailə üzvlərimlə birlikdə təcili tibbi yardıma zəng etdik. Sonradan qızımın ölümünə şahidi olduq”.
Zərərçəkmiş Süsənin hüquqi varisi, anası Kəmalənin sözlərinə görə, hadisə zamanı orada olmayıb: “Sabir telefonda qızımın keçmiş həyat yoldaşı ilə şəkillərini və yazışmalarını gördükdən sonra əsəbiləşib. Qızım əri ilə barışmaq istəyirdi. Biz buna razı deyildik.
Süsən bizim məsləhətimizlə ailə qurmuşdu. Həyat yoldaşı onun hicabını açdırmaq istəyirdi. Bundan əlavə hər hansı söz-söhbət olmamışdı. Onların barışmaq istədiyini isə sonradan öyrəndim”.
Ananın bildirdiyinə görə, hadisə baş verən gün evdə olmayıb: “Sabir hamını çölə çıxardı. Evə gələndə qızımın yatdığını düşündük, ayılacağını güman etdik. Sonradan beyninə qan sızdığını öyrəndik.
Qızım yemək yemədi, yalnız su içdi. Həkim çağırdıq, vəziyyətinin düzələcəyini düşündük. Həkimə qayınatam zəng etdi”.
Hüquqi varis əlavə edib ki, Sabirin övladlarına münasibəti çox yaxşı olub.
İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilib. Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib və cəzanı ümumi rejimdə çəkməsi müəyyən olunub.
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi














_(1).jpg)














.jpg)









