Kriminal
Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü - YENİLƏNDİ
Bakının Qaradağ rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Qobustan qəsəbəsində 1983-cü il təvəllüdlü A.Şahmuradovu idarə etdiyi avtomobillə vuraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü A.Nağıyevin qardaşı Vasif qardaşı A.Şahverdiyevə qəsəbəni tərk etməyi tapşırıb.
Lakin o qəsəbəni tərk etməyib. Onun sözlərinə görə, A.Nağıyev həyat yoldaşına qeyri-etik mesaj yazan A.Şahverdiyevi məhz buna görə öldürüb
xxx
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi "BMW" markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.
Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















