Kriminal
Bakıda dəhşət: boşanmaq istədiyi üçün arvadını öldürdü, sonra isə... - Foto
Bu gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində baş vermiş qətl hadisəsinin bəzi detalları məlum olub. İlkin ehtimala görə, qəsəbə sakini, 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşı Nübar Bağırovanı xüsusi amansızlıqla qətlə yetirdikdən sonra özünü də öldürüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisədən əvvəl ailədə ciddi gərginlik yaşanıb. Qonşuların iddiasına əsasən, Coşqun Bağırov təxminən bir ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Bu müddətdə ailənin dolanışığını Nübar Bağırova təmin edib. O, marketdə satıcı işləyərək iki azyaşlı qızını böyüdüb.
İddialara görə, hadisədən bir qədər əvvəl Nübar Bağırova həyat yoldaşına ondan boşanmaq istədiyini bildirib. Bundan sonra ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Coşqun Bağırov həyat yoldaşına bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Daha sonra Coşqun Bağırovun özünü asaraq həyatına son qoyduğu bildirilir.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Coşqun Bağırovun asılmış, Nübar Bağırovanın isə bıçaqlanmış meyitini aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















