Kriminal
Abşeronda xuliqanlıq və talama hadisələri ilə əlaqədar 78 fakt aşkarlandı
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib.
Publika.az xəbər verir ki, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 6 fakt aşkarlanıb.
Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 30 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 20, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 78 fakt aşkarlanıb.
Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib. Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içkinin təsiri altında avtomobil idarə edən 4 sürücü barəsində inzibati tədbir görülüb.
Gecə saatlarında Abşeron rayon sakinlərinin rahatlığını pozan, yüksək səs effekti yaradan 39 motoxuliqan barəsində inzibati tədbir görülüb.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















